"Kanal D" yayımlanan və ilk bölümdən etibarən qalmaqal yaradan "Taş kağıt makas" serialının heyətində dəyişiklik edilib.
Oxu24.com xəbər verir ki, ekran işində aktrisa Yüsra Geyik də rol alacaq. O, izləyicilərin qarşısına "Rüya" kimi çıxacaq.
Xatırladaq ki, sözügedən serialın ilk bölümündə 4 xanıma avtomobil qarşılığında qabdan it kimi içki içməsi və hürməyi təklif olunub. Müzakirə yaradan səhnə RTÜK (Türkiyədə Radio və Televiziya Ali Şurası) tərəfindən araşdırılacaq.
Qeyd edək ki, Yüsra son olaraq "Ailə"də Yağmur"u canlandırıb.
ŞƏRHLƏR